Azərbaycan dilinin bütün qaydalarına riayət etmək hər kanala nəsib olmur. Bu kanalda xüsusən şərhçilərin və aparıcıların nitqinə, danışıq dilinə ciddi önəm verilir. Bunu əksər mütəxəssislər söyləyir. İllər növbələşdikcə, uğurlar bir-birini əvəz etməyə başladı. Yüksək nəticə göstərmək "İdman-Azərbaycan” telekanalının "alnına yazıldı”, amalına çevrildi. Əlbəttə ki, bu da əlavə zəhmət və məsuliyyət tələb edirdi. Amma profilli bir kanal kimi "İdman-Azərbaycan” bu sınaqdan da üzüağ çıxdı və öz seyriçilərini sevindirməkdə onlara kefiyyətli yayım, bir-birindən layihələr təqdim etməklə ümidləri doğrultdu. Kanal istər maddi–texniki, istərsə də yaradıcı tərəfdən hər mövsüm dəyişir, yeni layihələrlə tamaşaçıların görüşünə gəlir.