Gəlin razılaşaq ki, "İdman-Azərbaycan” kanalı fəaliyyətinin elə ilk günlərindəcə idmansevərlərin ürəyini fəth edə bildi. Biri-birindən maraqlı verilişlər, proqramlar kanalın inkşaf edəcəyindən, mütəmadi fəaliyyət göstərəcəyindən xəbər verirdi. 2009-cu ilin fevral ayından fəaliyyətə başlayan kanal inkişaf xəttini düzgün seçdi. Avropanın aparıcı çempionatlarını, həmçinin avrokubokların yayımını öz ana dilimizdə məhz bu kanalda nümayiş olundu. Özü də elə belə yox. Tam kefiyyətli şəkildə: uğurlu analiz və gözəl şərhlərlə… Hiss olunur ki, peşəkar aparıcı, şərhçi və redaktorların arxasında bir baş da artıq professional, işinə bələd adamlar dayanır.