Nəzərinizə çatdırım ki, alternativ olaraq yaradılan CBS sport kanalı məhz bu baxımdan axsayır. "İdman-Azərbaycan” kanalının da çatışmayan tərəfləri vardır. Fikrimcə, kefiyyətli veriliş hazırlamaq hələ işi tam görmək deyildir. Bunu tək efir vasitəsilə deyil, digər effektiv yollarla tamaşaçılara çatdırmaq vacibdir. Bilidiyimiz kimi dövrümüzün ən populyar təsir gücünə malik qüvvəsi sosial şəbəkələrdir. Məncə, idman sahəsində yaxşı proqramları göstərməkdən savayı, onu sosial şəbəkədə reklam etmək də kanala uğur gətirərdi. Hər halda bu mənim kanalın daimi izləyicisi kimi rəhbərlik qarşısında bir təklifimdir.