Mənə elə gəlir ki, bu yöndə təcili addımlar atmalıdır. Yazımın başlığında qeyd etdiyim kimi, Niyə "İdman-Azərbaycan”? sualına məncə az-çox aydınlıq gətirə bildim. Ən azından bu telekanalı ona görə izləyirəm ki, canlı efir vaxtı şərhçilərin "18+ lətifələrinə”, yaxud "qoldan sonra stadion sözün əsl mənasında partladı" kimi əcaib fikirlərə rast gəlmirəm. Həmçinin tez tez idman jurnalistlərinin yanıldığı "qola imza atdı”, "adını taploya yazdırdı”, "rəqibini yaxaladı” kimi ifadələr də efirdə işlədilmir. Əslində bir kanal üçün 7 il fəaliyyət dövrü elə çox deyil. Ancaq geriyə dönüb aparılan işlərə nəzər yetirdikdə görürsən ki, bu telekanal mümkün olmayan işlərin öhdəsindən layiqincə gəlib. Ümid edirəm ki, tutduğu bu yolda "İdman-Azərbaycan” kanalı daha da inkişaf edəcək və bizi yeni – yeni layihələrlə sevindirəcək.