İdmansevərlər voleybol üzrə ölkə çempionatı, Çempionlar Liqası və Avropa konfederasiyalar kubokunun görüşləri də məhz "İdman-Azərbaycan” kanalından izləyirlər. Bu gün də kanalın efirində «İdman həftəsi», «Premyer Liqa», «Avrofutbol», «İdman ensiklopediyası», «Flaqman», «Güləş Aləmi», «Olimp», «İdman ölkəsi», «İdman sağlamlığın rəhnidir», "Favorit”, "Telefitnes”, "İdman məbədi” kimi verilişlər efirə çıxır. Əlavə olaraq tamaşaçılar "Klassik boks” və «Qoalissimo» adlı telejurnallarla da tamaşaçıların görüşünə gəlir. Həqiqətən də bu kanal ölkəmizin idman həyatının əsl güzgüsünə çevrilib. Dördilliyin ən mühüm idman hadisəsi - Rio olimpiadası davam etdiyi bir müddətdə bu kanal gərgin iş rejimində çalışır və kanalın bütün əməkdaşları bu məsuliyyəti yaxşı dərk edirlər. Olimpiadanın müxtəlif yarışlarından xəbərlər, müsahibə və icmallar, şərhlər və analizlər, həmçinin cüdoçularımızın uğurları peşəkar səviyəyədə təqdim olunur. Ümidvarıq ki, növbəti idmançılarımızın qələbə xəbərlərini də məhz "İdman-Azərbaycan"dan izləyəcəyik. Fikrimcə, kanalın kadr siyasəti xüsusilə təqdiralayiq şəkildə aparılır.