Məncə, televiziyanın uğur göstəricisi tək sadaladığım xüsusiyyətlərlə bitmir. Bildiyimiz kimi birbaşa təsir vasitəsi olduğuna görə ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər öz reklamlarını yaymaq üçün televiziyalar arasında seçim edir. Əbəs yerə deyil ki, yüz minlərlə tamaşaçısı olan "İdman-Azərbaycan” telekanalı bu baxımdan üst pillələrdə dayanır. Şəxsən mən idman sahəsində şirkət rəhbəri olsaydım, reklam və PR üçün tərəddüd etmədən "İdman-Azərbaycan”ı seçərdim.